"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin "Viktoriya" ilə ilk matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az fransalı vingerin fikirlərini diqqətinizə çatdırır:
- Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun idi. Fiziki olaraq çox ağır və çətin matç oldu. Çalışdıq ki, öz oyunumuzu göstərək. Amma o qədər də asan deyildi. Ümid edirəm ki, səfərdə daha yaxşı nəticə əldə edərik.
- Evdə 0:0 hesabı "Qarabağ" üçün yaxşı nəticə sayılır?
- Səfərdə əlbəttə ki, evdə oynadığımız kimi deyil. Çexiyaya böyük həvəslə gedirik. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Qurban Qurbanov "Viktoriya"nı izah edən 2016-cı ildə baş tutan oyunu sizə göstərmişdi?
- Xeyr.
Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şanslarını necə dəyərləndirirsiz?
- Pley-offdayıqsa, buna layiqik. "Viktoriya"da güclü komandadır. Səfər oyununda qələbə qazanmaq və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi