Çexiyanın "Viktoriya" klubu "Qarabağ"la qarşı Çempionlar Liqası pley-off mərhələsinin cavab matçına ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Plzen təmsilçisinin kapitanı Lukaş Heyda cəzalı duruma düşüb. 32 yaşlı mərkəz müdafiəçisi ilk matçda (0:0) sarı vərəqə alıb. Beləliklə, bu mövsüm 3-cü dəfə "saralan" futbolçu bir oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" oyunu avqustun 23-də keçiriləcək.