"Viktoriya"nın qapıçısı: "Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram"

11:49 - 18 Avqust 2022

Çexiyanın "Viktoriya" klubunun qapıçısı Yindrix Stanek Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la keçirdikləri ilk oyunu haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı "əlcək sahibi" Azərbaycan təmsilçisinin yüksək səviyyəli komanda olduğunu deyib:

 

"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır. Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab matçını öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".

Xəbər xətti