Çexiyalı məşqçi Miroslav Jirkal Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutun “Qarabağ” - “Viktoriya” matçı (0:0) haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilekin komandasını yaxşı hazırladığını deyib:
"Mixal Bilek komandasını "Qarabağ"a qarşı yaxşı hazırlamışdı. Əvvəlki matçlara baxanda, "Qarabağ"ın üstün olacağı aşkar idi. "Viktoriya" rəqibini yaxşı bağladı və onlara imkan vermədi. Bununla yanaşı, "Viktoriya"nın 3 qol epizodu da var idi.
"Qarabağ"ın əvvəlki oyunlarını görmüşdüm. Kadi Borqes əla çıxış edirdi. Onun sol ayağı çox yaxşı işləyir. Ancaq Plzen təmsilçisi onu elə bağlamışdı ki, bir dəfə normal ötürmə edə bilmədi. Kalvax onunla yaxşı mübarizə apardı.
"Qarabağ"la cavab oyunu daha çətin olacaq. Hər iki komanda mərhələ adlamaq üçün hər şeyini verəcək. "Viktoriya" evində olacaq və bütün Plzen onları dəstəkləyəcək".