"Arsenal"dan portuqaliyalı üçün 60 milyon tələb edirlər

20:22 - 22 Avqust 2022

Premyer Liqada 3 oyundan sonra maksimum nəticə göstərən "Arsenal" transfer fəaliyyətini də davam etdirir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Vulverhempton"un yarımmüdafiəçisi Pedro Netodur. "Topçular" portuqaliyalı vinger və klubu ilə danışıq aparır.

 

22 yaşlı oyunçu özü "Arsenal"da oynamağa isti yanaşır. "Vulverhempton" isə futbolçu üçün 60 milyon avro tələb edir.

Xəbər xətti