Obameyanq "Çelsi"yə keçir

21:16 - 22 Avqust 2022

"Çelsi" "Barselona"nın hücumçusu Pyerr-Emerik Obameyanqı transfer etmək üzrədir.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər qabonlu forvardın keçidi ilə bağlı razılıq əldə olunub. "Çelsi" 33 yaşlı futbolçu üçün Kataloniya təmsilçisinə bonuslarla birlikdə 30 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Obameydanq "Barselona"ya bu ilin qışında "Arsenal"dan transfer olunub. Təcrübəli qolçu İspaniya klubunun heyətində meydana çıxdığı 24 matçda 13 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti