Zubir: "Çalışacağıq ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq"

21:52 - 22 Avqust 2022

"Qarabağ"ın futbolçusu Abdulla Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun aparıcı üzvü sabahkı oyunla bağlı bunları deyib:

"Rəqibi təhlil etmişik. Ötən həftə onlarla yaxından tanış olduq. Sabahkı oyuna fiziki və taktiki baxımdan hazırıq. Çalışacağıq ki, mübarizə və yaxşı oyunla Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq".

- Çempionlar Liqasının qrupuna düşmək sizin üçün nə dərəcədə vacibdir?
- Heç vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamamışam. Mən və komanda yoldaşlarım bu atmosferə hazırdır. Qrup mərhələsində oynamaq üçün əlimizdən gələni edəcəyik.

Xatırladaq ki, sabah Plzendə keçiriləcək matç Bakı vaxtilə 23:00-da start götürəcək.

 

Xəbər xətti