"Qəbələ"nin dörd futbolçusu məşqdə iştirak etmir

23:19 - 22 Avqust 2022

"Qəbələ"nin dörd futbolçusu komandanın məşq prosesində iştirak edə bilmir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, üç oyunçu proqram üzrə bərpa prosesini davam etdirir.

Bu futbolçular Ürfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpodur.

Rüfət Əhmədov isə 6 aylıq sıradan çıxıb. 

Xəbər xətti