"Yuventus" polşalı forvardla danışıqlara başladı

23:39 - 22 Avqust 2022

"Yuventus" hücumçu axtarışını davam etdirir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" Memfis Depayı heyətinə qata bilməsə, Arkadiuş Miliklə anlaşacaq.

Turin klubu onunla şəxsi müqavilədə razılıq əldə edib. O, illik 3,5 milyon avro qazanacaq. "Yuventus" bir illik icarəyə görə "Marsel"ə iki milyon avro ödəyəcək.

İtaliya klubu Milikin keçidini reallaşdırsa, Depay transferindən vaz keçəcək. 

Xəbər xətti