"Mançester Yunayted" yeni transferini açıqladı

10:13 - 23 Avqust 2022

"Mançester Yunayted" Karlos Kazemiro transferini rəsmi açıqlayıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

Mançester klubu Kazemiroya görə "Real"a 60 milyon avro ödəyib.

Braziliya millisinin üzvü karyerası ərzində "Real"dan savayı "Sao Paolo" və "Porto" formaları geyinib.

Xəbər xətti