"Çelsi" "Everton"un yarımmüdafiəçisi Entoni Qordondan vaz keçmək niyyətində deyil.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, "zadəganlar" Qordon üçün Mersisayd klubuna 50 milyon funt-sterlinq təklif edib.
Keçidin bu həftənin sonuna qədər həll ediləcəyi gözlənilir.
Bundan əvvəl "Everton" gənc futbolçu üçün "Çelsi"nin hər iki təklifi geri çevirmişdi.
21 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Everton"da çıxış edir. O, "Preston"da icarədə çıxış edib.
