"Mançester Yunayted"in müdafiəçisi Erik Beyi karyerasını Fransada davam etdirəcək.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"la yollarını ayıran afrikalı müdafiəçi "Marsel"lə anlaşıb. O, bu gün "Mançester Yunayted"in bazasına yollanaraq kollektivlə sağollaşacaq.
Sonradan isə Fransaya uçacaq Beyinin yaxın günlərdə "Marsel"in futbolçusu kimi ictimaiyyətə rəsmən təqdim olunacağı gözlənilir.
