"Qalatasaray" PSJ-nin hücumçusu Mauro İkardidən vaz keçmək istəmir.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun rəsmiləri argentinalı forvardı icarəyə götürmək üçün futbolçunun agenti və xanımı Vanda Nara ilə Parisdə görüşüb.
PSJ-də stabil oynamaq imkanı az olan forvard özü də komandasını dəyişmək istəyir.
Əgər danışıqlar müsbət yekunlaşsa, İkardi mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında çıxış edəcək.
