"Sumqayıt"dan ayrılan Andrey Popoviç yenidən Ukraynada çıxış edəcək.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü "LNZ Çerkassı"nın qapısını qoruyacaq.
Azərbaycandan ayrıldıqdan sonra müəyyən sənəd problem yaşadığına görə, “LNZ Çerkassı” klubuna keçidi gecikən Popoviç istəyinə nail olub.
O, bu mövsümü "Sumqayıt"dan əvvəl oynadığı komandada oynayacaq.
