Millimiz Gürcüstana yollandı

14:35 - 23 Avqust 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan millimiz avqustun 24-də Gürcüstanın qonağı olacaq.

Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
 

Xəbər xətti