"Mançester Siti"nin futbolçusunu ağır cəza gözləyir

15:21 - 23 Avqust 2022

"Mançester Siti"nin futbolçusu Benjamin Mendini ağır cəza gözləyir.

Sportal.az xəbər verir ki, 2018-2021-ci illər arasında səkkiz zorlama və bir zorlama cəhdinə görə o, 5 ildən 20 ilə qədər həbs cəzasına məruz qala bilər. Məsələ burasındadır ki, bütün cinayətlər Mendinin ev ünvanında törədilib.

O, ötən ilin avqustunda həbs edilib.

Xəbər xətti