Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Muhammed Gümüşkaya ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu karyerasını Belçikada davam etdirəcək. Gənc oyunçu "Vesterlo" klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Muhammed Gümüşkaya son mövsümün ikinci yarısını icarə əsasında "Giresunspor"da keçirib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
