"Real"ın yetirməsi La Liqada klubunu dəyişdi

19:42 - 23 Avqust 2022

İspaniyanın "Espanyol" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Levante"dən Dani Qomesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İspaniyalı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Espanyol"da keçirəcək.

 

Qeyd edək ki, Dani Qomes "Real"ın yetirməsidir. 24 yaşlı forvard "Levante"yə 2020-ci ilin yayında "kral klubu"ndan transfer olunub.

Xəbər xətti