“Neftçi”nin veteran forvardı Tomislav Mişura Sportal.az saytına açıqlama verib.
Sloveniyalı “ağ-qaralar”ın avrokuboklardakı uğursuz çıxışı barədə danışıb.
Mişura komandanın uğursuzluğuna bu cür münasibət bildirib:
"Neftçi"nin "Rapid"ə 0:2 uduzduğu oyuna baxdım. Həqiqətən də nəticəyə görə çox pis oldum. Çünki “Neftçi”nin mərhələni keçmək üçün əla şansı var idi. Hər halda komanda Bakıda qalib gəlmişdi rəqibinə. Amma komanda uduzdu və avrokubokdakı çıxışını dayandırdı. İndi isə yenidən gələn ili gözləmək lazımdı.
Mən oynayan vaxtı buna çox qəzəblənərdim. Çünki Avropada oynamaq şansı əldə etmək üçün bir mövsüm gözləməlisən və əlbəttə ki, bunun üçün liqada birinci olmalısan".
Mişura 2005-ci ildə Avstriyanın “Admira Vakker” klubundan ayrılaraq “Neftçi”yə keçmişdi. Hazırda futbol agenti kimi çalışan sloveniyalı 2005/2006 mövsümündə “ağ-qaralar”ın formasını geyinmişdi.
Mirbağırağa
