Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Kerem Atakan Kesgin "Sivasspor"a 2020-ci ilin yayında "Göztepe"dən transfer olunmuşdu. O, son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
