"Matça yaxşı hazırlaşmışdıq. Yaxşı mübarizə apardıq. Təəsüf ki, ikinci hissədə qollar buraxdıq. Çox istəyirdik ki, mərhələni keçək. Amma əfsuslar olsun ki, alınmadı. Məğlubiyyətin səbəbini bilmirəm. Kollektiv kimi son gücümüzə qədər meydanda qoyduq. Amma istəmədiyimiz qolları buraxdıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya qarşı cavab oyunundan sonra deyib.
Müdafiəçi Avropa Liqasında da əllərindən gələni edəcəklərini söyləyib: "Biz Avropa Liqasında yarışa davam edəcəyik. Maksimum xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təəsəsüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Bunun üçün maksimum gücümüzü qoyduq. Azarkeşlərimizin hər birinə təşəkkür edirəm".
