Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Tvitter səhifəsində "Qarabağ" haqda paylaşım edib.
Sportal.az xəbər verir ki, o, Azərbaycan çempionunun ÇL-in pley-off mərhələsinin cavab görüşündə "Viktoriya"ya məğlub olmasından sonra belə yazıb: "Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”
Xatırladaq ki, "Qarabağ" Plzendə rəqibinə 1:2 uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb.
