"Qarabağ"a qol vuran forvard: "Top gözləmədiyim anda önümə düşdü və qol vurdum"

11:43 - 24 Avqust 2022

"Viktoriya"nın (Plzen) forvardı Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a (2:1) qarşı keçirdikləri cavab matçından sonra danışıb.

Sportal.az xəbər verir ki, Plzen klubunun qələbə qolunun müəllifi qoldan öncə zədələndiyini söyləyib:

"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".

Xəbər xətti