Azərbaycan milli komandasının və "Qrasshopper"in hücumçusu Renat Dadaşov İsveçrə mətbuatına danışıb.
Sportal.az "20min" portalına istinadən xəbər verir ki, o, yeni komandasındakı çıxışını dəyərləndirib:
"Yeni komandada özümü çox yaxşı hiss edirəm. Hər matçda maksimumu meydanda qoyuram. “Qrasshoppers”də hər şey mənə asandı. Etiraf edim ki, belə sürətli adaptasiya olacağımı gözləmirdim. Ümid edirəm ki, müəyyən müddətdən sonra çıxışım qiymətləndiriləcək. Səhvlərimdən dərs almışam, yaşadığım təcrübə məni daha müdrik edib".
O, həm də millimizin sabiq forvardı və qardaşı Rüfət Dadaşov haqda da danışıb: "Biz hər gün onunla danışırıq. O, peşəkar futbolçudu. Bir-birimizin oyunlarını izləyir, təəssüratlarımızı bölüşürük. Qardaşım “Şalke”də oynayır və mənə motivasiya verir. İsveçrəyə köçəndən sonra ailəm məni iki dəfə ziyarət edib".
