Əmrah Çəlikəl: "Avropa Liqasında çıxış etməyə məcbur qalmağımız hamını üzür"

14:32 - 24 Avqust 2022

“Qarabağ” “Liv Bona Dea Hospital”la yeni sponsorluq müqaviləsi imzalayıb.

 

Sportal.az xəbər verir ki, tədbirdə iştirak edən Ağdam təmsilçisinin idman direktoru Əmrah Çəlikəl açıqlama verib:

 

"Könül istəyərdi ki, daha fərqli ab-hava, qələbə sevinci ilə bura gələk. Amma bu, mümkün olmadı. Qismət belə imiş. Bu gün üzüldüyümüz məsələ Çempionlar Liqasında iştirak edə bilməməyimizdi. Bunun səbəbini fikirləşəndə insan sevinir. Azərbaycandan bir komandanın ÇL-in pley-off məhələsinə gəlməsi, qalib gəlməyə çox ümidli olduğu matçda uduzması... Avropa Liqasında çıxış etməyə məcbur qalmağımız hamını üzür. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır. Burada olmağımızın səbəbi imza mərasimidi. Komandamıza belə təklif gələndə açığı çox sevindik. Sağlıq mövzusunda adından söz etdirən qrupla birlikdə olmaq bizi həyəcanlandırdı. Doğrudan da bu işi peşəkarcasına bilirlər. Öz futbolçularımızın sağlamlığını bu cür güclü qrupa əmanət etdiyimizə görə xoşbəxtik. İşbirliyimizin uğurlu və uzunmüddətli olmasını arzu edirəm".

 

- Öncədən planlaşdırmışdınız bu müqaviləni, yoxsa, rəqabətə görə etdini? Çünki "Neftçi" də bu klinika ilə sponsorluq müqaviləsi imzalamışdı..

- "Azərsun" indiyə kimi bütün ehtiyaclarımızı ödəyir. Rəqabətin olmayacağı bir tək şey sağlıqdı. Burada rəqabət yaşlığa doğru olmalıdı. "Bona Dea"nın nümayəndələri görüşə gələndə bilirdik ki, "Neftçi" ilə sponsorluq müqavilələri var. Bu, normal haldı. Türkiyədə də bir neçə kluba sponsorluq edirlər.

 

- Kevin Medinanın durumu necədir?

- Medina tanışlığımızdan öncə zədələnmişdi. Əməliyyatını və fizioterapiyanı öz həkimində edir. Durumu da yaxşılaşır. Sağlıq məsələlərini "Lov Hospital"a həvalə etmişdi. İnşallah qrup oyunlarına yetişər.

 

Mirbağırağa

Xəbər xətti