Taner Özbək: "Qarabağ"la müqavilə uzunmüddətlidi"

14:51 - 24 Avqust 2022

"Qarabağ" "Liv Bona Dea Hospital" klinikası ilə sponsorluq müqaviləsi imzalayıb.

 

Sportal.az xəəbər verir ki, tədbərdə klinikanın baş direktoru Taner Özbək jurnalistlərin suallarını cavablandırıb:

 

- Digər klublarla müqavilələr olacaq?

- Brend olaraq qardaş ölkəyə gəlməyimiz çox olmayıb. Hər sahədə görünməyə çalışırıq. İş birliyimiz hər sahədə davam edəcək. Başqa sahədə də olacaq. Amma ad vermək istəmirəm.

 

- Futbola marağınız necədi? 

- Anlaşma olmadan da futbolu izləyirdim. Dünənki matçı da izlədik. Doğrudu, nəticəyə görə üzüldük. Amma komanda Avropa Liqasında oynayacaq. Bu da da asan deyil. 

 

- "Neftçi" və "Qarabağ"la müqavilə şərtlərində fərqlər var?

- Yoxdu. Bu tərz müqavilələrdə qarşı tərəfin də tələblərini diqqətə alaraq razılıq olur.

 

- "Qarabağ"dan hər hansı xüsusi istək oldu?

- Burada hər iki tərəfin niyyəti önəmlidi. Hər iki tərəfin bir-birini dəyərləndirməsi vacibdi. “Qarabağ”ın Çempionlar Liqasına görə işləri çox idi. Ona görə söhbət yavaş irəlilədidi. Amma lap əvvəldən də hər iki tərəfin rzası var idi.

 

- Müqavilənin müddəti nə qədər olacaq? 

- Xoş niyyətli sözləşmələrdi. Uzunmüddətlidi. Bərabər olmaq istədiyimiz vaxta qədər davam edəcəyik.

 

Mirbağırağa

Xəbər xətti