İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Çelsi"dən Emersonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 33 nömrəli forma ilə çıxış edəcək. "Vest Hem" Braziliya əsilli italiyalı sol cinah müdafiəçisi üçün "Çelsi"yə 15 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Emerson son mövsümü icarə əsasında "Lion"da keçirib. Təcrübəli oyunçu Fransa klubunun heyətində meydana çıxdığı 36 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
