Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəldi

17:37 - 24 Avqust 2022

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə finala çıxıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Saba Sabaşviliyə qalib gəlib.

 

Finalda Şahinin rəqibi fransalı idmançı Dicol Zaçariye olacaq.

Xəbər xətti