İngiltərənin "Nyukasl" klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real Sosyedad"ın forvardı Aleksander İsakı transfer edəcək. Bu barədə "The Atletic"in jurnalisti David Ornşteyn məlumat yayıb.
Xəbərə görə, "Nyukasl" 65+5 milyon avro qarşılığında isveçli futbolçunun keçidini həll edəcək.
Aleksander İsak "Real Sosyedad"a 2019-cu ildə Dortmund "Borussiya"sından 15 milyon avro qarşılığında transfer olunub. 22 yaşlı qolçu La Liqa klubunun heyətində meydana çıxdığı 132 matçda 44 qol vurub.
saytlarin hazirlanmasi
