Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, 55 kq-da yer alan idmançı fransalı Zakariya Diyolla üz-üzə gəlib və cərimə xalları ilə məğlub olub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.
Ş.Oruczadə bundan əvvəl Vaxe Aqasyan (Ermənistan), Ayi Mahdi (BƏƏ) və Sabu Sabaşvili (Gürcüstan) qalib gəlmişdi.
saytlarin hazirlanmasi
