"Çelsi" fransalının transferindən vaz keçdi

22:15 - 24 Avqust 2022

"Çelsi" Uesli Fofana transferindən vaz keçib. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" 21 yaşlı futbolçuya görə üçüncü dəfə "Lester"ə təklif göndərmişdi.

“Tülkülər” isə “Çelsi” ilə Fofana üçün danışıqlara getməkdən imtina edərək onun komandada qalacağını qarşı tərəfə bildirib.

London klubu isə Fofana üçün bir daha təklif göndərməyəcək.

"Lester" Fofanaya görə 95 milyon avro tələb edirdi.

Fransalı futbolçu “Sent-Etyen” yetirməsidi və 2020-ci ildən “Lester”də oynayır. 

Xəbər xətti