"Sumqayıt"dan ayrılan Camaləddin Xocaniyazov Rusiyaya qayıdıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Akron”la anlaşıb.
Xocaniyazov Tolyatti təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
2019-2022-ci illərdə “Sumqayıt”da oynamış Camaləddinin Azərbaycan millisinə cəlb ediləcəyi gözlənilirdi.

