Birinci divizion start götürdü: "Araz Naxçıvan" qələbə ilə qayıtdı, "Zirə" heç-heçə etdi

21:59 - 24 Avqust 2022

Bu gün Azərbaycan birinci divizionuna start verilib.

Sportal.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Uzun fasilədən sonra böyük futbola qayıdan “Araz Naxçıvan” evdə “Qarabağ-2”ni məğlub edərək iddiasını ortaya qoyub. “Zirə”nin ikinci komandası “Kəpəz”dən üstün olub.

“Araz Naxçıvan” – “Qarabağ-2” 5:1
Qollar: 
Ege Atlam Adnan 23, Fərid Kərimzadə 40, Tuqay Əlizadə 45 +3, De Saboa İv Lüsyen 71, 85 -Mirmövsüm Caniyev 71

“Zirə-2” – “Kəpəz-2” 2:2
Qollar:
Tahir Zeynalov 19, Xəqani Sadıqov 37 – Nemət Musayev 23, Nihat Fərəci 62

“Turan Tovuz-2” – “Şamaxı-2” 1:0
Qol
: Akif Tağıyev 16

MOİK – “Zaqatala” 2:0
Qollar:
Samir Alıyev 45+1, Tural Nəsirov 90 (p)

Sabah birinci turun digər matçları oynanılacaq.

Xəbər xətti