"Bavariya"nın formasını geyinmiş Adrian Feyn Niderlandda oynayacaq.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi "Ekselsior"la anlaşıb.
Rotterdam klubu Feynlə 2+1 illik müqavilə imzalayıb. O, "Bavariya"dan "Ekselsior"a azad agent statusu ilə keçib.
"Bavariya" yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi buna qədər "Yan Regensburq”, “Hamburq”, PSV, “Qroyter Fürt” və “Dinamo” (Drezden) klublarında icarə əsasında çıxış edib.
