FİFA-nın yeni reytinq cədvəli açıqlandı: Azərbaycan millisi 128-ci pillədə qaldı

12:18 - 25 Avqust 2022

FİFA-nın 2022-ci ilin iyun ayı üçün yeni reytinq cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib.

Yığma komandamız aktivində 1127,17 xalla hələ də 128-ci pillədədi. Millinin ən yaxın izləyicisi 1125, 36 xalla Latviya millisidi. Canni De Byazinin rəhbərlik etdiyi kollektivi 1127,44 xalla Komor adaları yığması qabaqlayır.  

Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri – Slovakiya 51-ci, Belarus 96-cı, Qazaxıstan isə 114-cü pillədə yer alıb. FİFA reytinqinə 1837, 56 xalla Braziliya yığması başçılıq edir. 

 

Xəbər xətti