"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç instaqram səhifəsində Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, monteneqrolu müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə cavab oyununda buraxılan qollara görə günahlandırılan Məhəmmədəliyevə dəstək verib.
Veşoviç komanda yoldaşı haqda bu cür yazıb:
"Dəfələrlə bizi xilas etmisən. Səninlə fəxr edirik”.
