Fransanın "Brest" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lissabon "Sportinq"indən ayrılan İslam Slimanini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı forvard "Brest"lə 1 illik müqavilə imzalayıb. O, yeni komandasında 13 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, İslam Slimani "Sportinq"ə 2022-ci ilin qışında "Lion"dan transfer olunmuşdu. Əlcəzairli futbolçu Portqauliya klubunun heyətində meydana çıxdığı 12 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
