Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

16:59 - 25 Avqust 2022

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Qazaxıstan seçməsi yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Məhəmməd Adıyevin rəhbərlik etdiyi kollektiv Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 20-də Əbu-Dabidə baş tutacaq.

Qazaxıstan yığması sentyabrın 25-də Azərbaycanla Bakıda qarşılaşacaq.

Qeyd edək ki, Qazaxıstan millisi 10 xalla C Liqasının 3-cü qrupunda liderdir. 4 xala malik Azərbaycan isə 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti