"Ayntraxt"ın qapıçısı Kevin Trapp "Mançester Yunayted"də oynamaqdan imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə almaniyalı qolkiper özü məlumat verib. O, sosial şəbəkə hesabında paylaşım edərək, komandasında qalacağını bildirib:
"Mançester Yunayted"lə bağlı xəbərlər çox yayıldır. Düzdür, yazılı təklif almışdım. Lakin qərarımı vermişəm və burada qalacağam".
Qeyd edək ki, Kevin Trapp "Ayntraxt"a 2019-cu ilin yayında PSJ-dən transfer olunub. 32 yaşlı "əlcək sahibi"nin Frankfurt təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi
