"Arsenal" Pepeni Fransa klubuna göndərdi

22:46 - 25 Avqust 2022

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Nikolas Pepeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında "Nitsa"nın heyətində keçirəcək.

 

Qeyd edək ki, "Arsenal" Nikolas Pepeni 2019-cu ilin yayında "Lill"dən transfer etmişdi. Fil Dişi Sahili millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 112 matçda 27 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti