Millimiz İrana böyük hesabla uduzdu

00:10 - 26 Avqust 2022

İranın Yazd şəhərində təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Azərbaycan millisi sonuncu yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv İran yığması ilə qarşılaşıb.

Azərbaycan millisi bu görüşdə 0:7 hesablı məğlubiyyətə üzülüb.

​Xatırladaq ki, komanda əvvəlki günlərdə baş tutan ilk iki oyunda da 2:3 və 3:5 hesablı məğlubiyyətlərlə üzləşmişdi.

Xəbər xətti