Həbs cəzasına məhkum edilmiş tanınmış forvard bu ölkədə oynayacaq

11:58 - 26 Avqust 2022

"Selta"nın forvardı Santi Mina Səudiyyə Ərəbistanında oynayacaq.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu 2023-cü ilin yayına qədər "Əl-Şabab"da icarə əsasında çıxış edəcək.

Futbolçunun Səudiyyə Ərəbistanına yollanması heç də bu ölkədə oynamaq istəyi ilə bağlı deyil.

Məsələ burasındadır ki, mayda Almeriya məhkəməsi Santi Minanın zorlama ittihamı ilə 4 il həbs cəzasına məhkum etmişdi. Mina apellyasiya şikayəti verib, bu şikayət yuxarı instansiya məhkəməsi tərəfindən təmin edilməzsə, hökm qüvvəyə minəcək.

İspaniya ilə Səudiyyə Ərəbistanı arasında ekstradisiya müqaviləsi olmadığına və futbolçu da həbs olunmamaq üçün bu ölkəyə yollanıb.

O, bundan əvvəl Yunanıstan çempionatında oynamaqdan imtina etmişdi.

Xəbər xətti