"Fənərbaxça" legionerini göndərdi

12:34 - 26 Avqust 2022

"Fənərbaxça" daha bir legioneri komandadan göndərib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Stiven Kokerlə yollarını ayırıb.

30 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Syerr-Leone millisinin müdafiəçi “Tottenhem”, “Bristol”, “Liverpul”, “Southampton”da oynadıqdan sonra “Alanyaspor”a keçmişdi. 2021-ci ilin yayında “Fənərbaxça” ilə anlaşmış Koker bir rəsmi matçda da oynamışdı. O, artıq bu gün “Alanyaspor”la yenidən anlaşıb.

Xəbər xətti