"Mançester Yunayted" "Real"ın daha bir futbolçunu transfer etmək istəyir.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu dəfə Marko Asensio üçün danışıqlara başlayıb.
Transfer reallaşarsa, Mançester klubu 30 milyon avro xərcləməli olacaq. 26 yaşlı futbolçunun hazırda "Real"la 2023-cü ilə qədər müqaviləsi qüvvədədi.
Xatırladaq ki, bir neçə gün əvvəl Kazemiro "Real"ı "Mançester Yunayted"ə dəyişmişdi.
