Azərbaycan yığması Qazaxıstana yollanacaq

16:05 - 26 Avqust 2022

Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq matçı keçirəcək.

Sportal.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Qazaxıstanla üz-üzə gələcək.

Qarşılaşmalar sentyabrın 19-da və 20-də olacaq.

​Daha əvvəl yığmanın Türkmənistanla görüşləri ləğv olunub.

Xəbər xətti