İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real Sosyedad"ın hücumçusu Aleksander İsakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı forvardla imzalanan müqavilənin müddəti açıqlanmayıb. "Nyukasl" İsak üçün İspaniya klubuna 65+5 milyon avro ödəyəcək. İsveçli qolçu yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.
Aleksander İsak "Real Sosyedad"a 2019-cu ildə Dortmund "Borussiya"sından 15 milyon avro qarşılığında transfer olunub. 22 yaşlı qolçu La Liqa klubunun heyətində meydana çıxdığı 132 matçda 44 qol vurub.
saytlarin hazirlanmasi
