"Qarabağ"ın rəqibi Premyer Liqadan hücumçu gətirdi

21:52 - 26 Avqust 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Nottingem Forest"in hücumçusu Hvanq Ui-Conu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Premyer Liqa klubunun 29 yaşlı cənubi koreyalı forvardı 2022/2023 mövsümünü icarə əsasında "Olimpiakos"da keçirəcək.

Xəbər xətti