Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisi Kostas Fortounis ilə sözləşməsinin müddətini uzadıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən 30 yaşlı yarımmüdafiəçi 2024-cü ilədək komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi
