İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Lester Siti"dən Uesli Fofananı transfer edib. Bu barədə jurnalist Fabristio Romano məlumat verib. Transferin yaxın zamanda açıqlanması gözlənilir.
"Çelsi" fransalı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
"Zadəganlar"ın 21 yaşlı futbolçu üçün 90 milyon avro ödəyəcəyi bildirilir. Bu, müdafiəçilər üçün ödənilən ən böyük məbləğdir. Hazırkı rekord 2019-cu ildə "Lester Siti"dən "Mançester Yunayted"ə 87 milyon avroya transfer edilən Harri Maquayra məxsusdur.
Qeyd edək ki, Uesli Fofana "Lester Siti"yə 2020-ci ilin yayında "Sent-Etyenn"dən transfer olunub. Gənc oyunçu "tülkülər"in heyətində meydana çıxdığı 52 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
