"Trabzonspor" "Everton"un futbolçusunu transfer etdi

14:35 - 27 Avqust 2022

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Everton"dan Jan-Filipp Qbamini rənglərinə bağlayıb. Bu barədə Super Liqa klununun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı dayaq yarımmüdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Trabzonspor"da keçirəcək.

 

Qeyd edək ki, Jan-Filipp Qbamin "Everton"a 2019-cu ilin yayında "Maynts"dan transfer olunub. Fil Diişi Sahilindən olan yarımmüdafiəçi son mövsümün ikinci yarısını icarə əsasında Rusiyanın ÇSKA klubunda keçirib. O, Moskva təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti